2023/24 mövsümündə Birinci Divizionda çıxış edəcək “Karvan” çempionata iddialı başlayacaq. Yevlax klubu güclü heyət formalaşdırmaq üçün indidən fəaliyyətə başlayıb.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, yaxın günlərdə “Karvan”a 13 əcnəbi futbolçu baxışa gələcək. Onlardan 3-ü gürcüstanlıdır. Həmin oyunçuları baş məşqçi Kənan Kərimova vaxtilə Azərbaycanda çıxış etmiş Badri Kvaratsxeliya məsləhət görüb.

Eyni zamanda, İrandan gələn 6 oyunçu da sınaqdan keçiriləcək. Maraqlıdır ki, onlar hazırda “Şamaxı”nın İdarə Heyətinin üzvü olan Ramiz Məmmədovun vasitəsilə ölkəmizə təşrif buyuracaqlar. 3 afrikalı və 1 türkmənistanlı futbolçunu isə yevlaxlılara “Neftçi”nin sabiq rəsmisi Ceyhun Sultanov təklif edib.

Əcnəbilərin iyunun 16-da Azərbaycana gəlmələri gözlənilir. Məşqçilər korpusu onlar arasında bəyəndiklərini komandada saxlayacaq.

Ramiz Mammadov - Futbolinfo.az
Shares: