“Səbail”dən ayrılan Maksim Çex yenidən Azərbaycan təmsilçisində çıxış edə bilər. Bu barədə futbolinfo.az-a ukraynalı yarımmüdafiəçinin özü məlumat verib.
O bildirib ki, Donetsk “Şaxtyor”u ilə müqaviləsi davam etsə də, icarə əsasında paytaxt klubuna qayıda bilər: “Düzdür, hələ ki, dəqiq bir şey yoxdur və heç nə deyə bilmərəm. Amma hər şey mümkündür. “Şaxtyor”la 1 illik müqaviləm var. Necə olacağına baxacağıq”.
Qeyd edək ki, Maksim Çex 2022/2023 mövsümündə “Səbail”in şərəfini qoruyub.