Brahim Dias “Real”ın əsas heyətində möhkəmlənmək istəyir. İcarədə olduğu “Milan”dan Madridə dönən yarımmüdafiəçi müqavilə müddətini 2027-ci ilədək uzadıb klubda qalmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, imza mərasimindən sonra futbolçu deyib: “Üç il “Milan” üçün hər şeyimi verdim. İndi “Real”da yaxşı fürsətim var. zümü sübut etmək istəyirəm”.
Dias futbolçu kimi böyüməsində A Seriyası təmsilçisinin önəmli rol oynadığını bildirib: “Həmişə “Milan”a minnətdar olacağam. Formalaşmağımda bu klub böyük rol oynadı. Lakin mən hər zaman “Real”da oynamaq istəmişəm. Madrid klubu həmişə ilk seçimimdir”.