Polşada keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı 86 idmançı təmsil edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 28 məşqçi, 9 tibbi heyət, eyni zamanda, 26 media nümayəndəsi və 18 işçi heyət də sözügedən ölkəyə yollanacaq.

Qeyd edək ki, turnir iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.

Azərbaycanı turnirdə aşağıdakı idmançılar təmsil edəcəklər:

Boks (12) – Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva.

Çimərlik futbolu (12) – Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov.

Cüdo (11) – Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova.

Qılıncoynatma (11) – Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev.

Atıcılıq (10 nəfər) – Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı.

Karate (8) – Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva.

Taekvondo (8) – Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova.

Badminton (4) – Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha.

Muay-tay (4) – Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova.

Kikboksinq (2) – Elşad Şahbazov, Fərid Ağamoğlanov.

Padel (2) – Nərminə Bağırova, Samirə Əliyeva.

Kamandan oxatma (1) – Yaylagül Ramazanova.

Triatlon (1) – Rostislav Pevtsov.

Shares: