İtaliya mətbuatı 2023-24 mövsümündə Avropa Liqasında çıxış edəcək “Roma” və “Atalanta”nın şanslarını dəyərləndirib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yerli KİV adıçəkilən klublar üçün iki versiya hazırlayıb.

Maraqlıdır ki, italyanlar Çempionlar Liqasında mübarizəyə qoşulacaq “Qarabağ”ın ötən mövsümdə olduğu kimi, yenə Avropa Liqasının qrupunda çıxış edəcəyini proqnozlaşdırır. Hətta Azərbaycan çempionu A seriyası təmsilçiləri üçün ən münasib rəqib hesab edilir.

Belə ki, araşdırmaya əsasən, “Roma” və “Atalanta” üçün qrup mərhələsində 3 zəif rəqib seçilib ki, onların sırasında “Qarabağ” da göstərilib. “Marsel”, “Brayton” və “Frayburq” isə italyanlar üçün arzuolunmaz rəqib sayılırlar.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Shares: