Arkadiuş Milik Marsel “Olimpik”inə qayıtmaq istəmir. Bu barədə polşalı hücumçu özü danışıb.
Futbolinfo.az xəbər verir ki, son mövsümü icarə əsasında “Yuventus”da keçirən forvard karyerasına Turində davam etmək niyyətindədir: “Yuventus” və “Olimpik” rəhbərliyi hazırda gələcəyimi müzakirə edirlər. Ümid edirəm ki, razılıq əldə edərlər. Turində rahat idim, məşqçi də qalmağımı istəyirdi. Fransa klubu ilə müqaviləm olsa da, “Yuventus”da oynamaq istəyirəm”.
Xatırladaq ki, Milik 2025-ci ilədək Marsel təmsilçisinə məxsusdur. Fransızlar hücumçunu satmaöın əleyhinə deyil. Bu səbəbdən klublar hazırda müzakirə aparır. “Yuventus”un təklifi qaneedici olsa, Arkadiuş birdəfəlik “Yuventus”a satılacaq.