Türkiyə mətbuatı “Sabah”ın futbolçusu Namik Ələsgərovla bağlı iddia irəli sürüb.

Futbolinfo.az xəbər verir ki, “Kocaeli Gazete”sinin yazdığına görə, N.Ələsgərov menecerlər vasitəsi ilə “Kocaelispor” klubuna təklif olunub.

Ələsgərovun meneceri Vaqif Heydərli isə Qol.az saytına açıqlamasında Türkiyə mediasının yaydığı bu məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

“Kocaelispor”a hazırda tanınmış məşqçi Ertoğrul Sağlam rəhbərlik edir. 2022/23 mövsümündə Kocaeli təmsilçisi ikinci liqada çıxış edib. Yeni mövsümdən isə komanda 1-ci liqada oynamaq hüququ qazanıb.

Namik Ələsgərova gəlincə, o, 2022-ci ilin yayında “Sabah”la müqavilə bağlayıb. Müqavilə 2025-ci ilin iyununda başa çatır. “Sabah”a gəlməzdən öncə isə o, 2021/22 mövsümünü “Bursaspor”da (Türkiyə) keçirib.

Shares: