Birinci Diviziona qayıdan “Karvan” yeni mövsümə iddialı başlamaq istəyir. Yevlax klubu heyət gücləndirmək üçün çalışmalara başlayıb.
Futbolinfo.az xəbər verir ki, məşqçilər korpusu növbəti mövsüm bir neçə təcrübəli futbolçunu heyətə qatmaqda maraqlıdır. Komanda artıq ötən mövsümü “Şamaxı”da keçirən Elvin Məmmədova və “Kəpəz”in müdafiəçisi Tural Axundova təklif göndərib.
Həmçinin heyətə əcnəbi futbolçular da cəlb ediləcək. Hazırda baş məşqçi Kənan Kərimov 8 legioneri sınaqdan keçirir. Onlardan 3-ü gürcüstanlı, 3-ü afrkalı, 2-si isə rusiyalıdır. Bu həftəsonuna qədər Afrika və İrandan daha bir neçə oyunçu Birinci Divizion komandasına qoşulacaq.