Sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan (U-21) – Qırğızıstan (U-21) beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı azərbaycanlı hakimlər idarə edəcəklər:
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmamı
Dördüncü hakim: İslam Məmmədov