İngiltərənin “Bornmut” klubu baş məşqçisi Qari Onillə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
40 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyib. Klub ingiltərəli baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
“Bornmut” başa çatan mövsümü 39 xalla 15-ci pillədə başa vurub.