Romelu Lukaku Avropada qalacaq. Son mövsümü “İnter”də icarədə keçirən, müqavilə ilə “Çelsi”yə məxsus olan forvard Səudiyyə Ərəbistanından gələn sərfəli təklifdən imtina edib.

Futbolinfo.az xəbər verir ki, bir neçə ərəb klubu belçikalı hücumçunun xidmətində maraqlıdır. Romelu isə Çempionlar Liqasında oynamağa davam etmək niyyətindədir. Bu üzdən o, hətta avrokuboklardan kənar qalan “Çelsi”ni tərk etmək haqqında düşünür. Londonlular sərfəli təklif gələrsə, Lukakunu satmağa hazırdır.

Futbolçunun karyerasını davam etdirmək üçün ilk seçimi “İnter”dir. Lakin milanlıların onu almağa imkanı yoxdur, “zadəganlar” isə futbolçusunu icarəyə vermək istəmir. Hadisələrin necə inişaf edəcəyini qarşıdakı günlərdə görəcəyik.

Shares: