“Neftçi”nin Türk Hava Yolları ilə müqaviləsi yenilənməyəcək. Məşhur aviaşirkətin bakılılarla 4 illik işbirliyi sona çatıb.
Futbolinfo.az xəbər verir ki, 2018/19 mövsümündən başlayaraq “Neftçi” ilə əməkdaşlıq edən şirkət müxtəlif səbəblər gətirərək müqavlənin müddətini növbəti dəfə uzatmamaq qərarına gəlib. Təsadüfi deyil, “Neftçi” ötən həftə titul sponsorunu dəyişdi. Əvvəllər sinəsində SOCAR yazılan formalardan istifadə edən paytaxt klubu yenidən əvvəlki geyimdə oynayacaq.
Əslində, bu məqam əməkdaşlığın dayandırılacağına işarə ola bilərdi. Aviaşirkət 2018-ci ildə müqavilə bağlayarkən klubun titul sponsoru olmamışdı. O zaman yalnız Bakıxanov qəsəbəsindəki təlim-məşq mərkəzinə Türk Hava Yollarının adı verilmişdi, sonrakı illərdə əməkdaşlıq genişlənmişdi. İndi isə Türkiyə şirkəti bütün layihələr çərçivəsində əməkdaşlığı dayandırıb. “Neftçi”nin köhnə-yeni titul sponsoru bəllidir, təlim-məşq mərkəzinin taleyi, necə adlanacağı isə hələ bilinmir.