Daha bir futbolçu “Səbail”i tərk edib. İlkin Muradov yeni mövsümdə “dənizçilər”in şərəfini qorumayacaq.
Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisinin bu barədə rəsmi məlumat verməməsinin səbəbi oyunçunun icarədə olmasıdır. Belə ki, yarımmüdafiəçi “Zirə”yə məxsusdur və qışda komandaya qoşulmuşdu. İndi isə qəsəbə təmsilçisi oyunçusunu geri qaytarıb. “Səbail” İlkini daimi əsaslarla heyətinə qatmaq istəsə də, “qartallar” ona ehtiyaclarının olduğunu bildirərək düşərgədə saxlayıb.
Əvəzində “Zirə”dən ayrıldığı rəsmən açıqlanan Coşqun Diniyev “Səbail”lə müqavilə bağlamaq ərəfəsindədir. Hazırda anlaşmanın son detalları dəqiqləşdirilir. Həftə ərzində transferin rəsmən açıqlanması gözlənilir.