“Roma” yarımmüdafiəçisi Brayan Kristante ilə müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.

Kristante 2018-ci ilin yayından formasını geyindiyi “Roma”da 228 oyuna 11 qol vurub. O, İtaliya millisində də 32 oyuna 2 qolla yadda qalıb.

Shares: