Üç həftədir reanimasiyada olan Fransanın PSJ klubunun qapıçısı Serxio Riko komadan ayılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə ispaniyalı qolkiperin xanımı Alba Silva “Telecinco” kanalına açıqlama verib:
“Nəhayət, tunelin sonunu görürük. Addım-addım gedirik. Əvvəldən bilirdim ki, Serxio bu işin öhdəsindən gələcək. Çünki əsl çempiondur”.
Xatırladaq ki, Riko ölkəsində istirahətdə olarkən atdan yıxılaraq başından ciddi xəsarət alıb.