Bu gün “Səbail”də bir çox məsələlərə aydınlıq gəlməlidir. Çoxdandır planlaşdırılan, bir neşə dəfə təxirə salınan klubdaxili iclas nəhayət, reallaşacaq.

Futbolinfo.az xəbər verir ki, klubun himayədarı olan ASCO rəhbərliyi Müşahidə Şurasını, İdarə Heyətini və baş məşqçini görüşə dəvət edib. Bu gün “Səbail”in yeni mövsümdəki hədəflər müəyyənləşəcək, həmçinin transfer məsələləri, büdcə müzakirə olunacaq. Xeyli futbolçunun yola salınmasından sonra heyətə yeni oyunçular cəlb olunmalıdır. Məhz bu səbəbdən klubun büdcəsi dəqiqləşməlidir ki, ona uyğun addımlar atılsın.

“Səbail”in yay hazırlıq planı da təsdiq olunmalıdır. Təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum bölgəsini seçən “dənizçilər” səfərin vaxtını və müddətini dəqiqləşdirəcək.

İclasda eyni zamanda klubun hazırkı idarəçilərinin taleyi həll olunacaq. İcraçı direktor Fərəc Əliyevin istefaya göndərilməsi, onun əvəzləyicisinin təyinatı mümkündür. Düzdür, çempionatın btimindən bəri ötən müddətdə bu şəxs müxtəlif insanların vasitəsi ilə klubda qalmasını təmin edib. Xahişlərin diqqətə alındığı, yoxsa islahatların reallaşacğı məhz bu gün bəlli olacaq.

Shares: