“Turan Tovuz” heyətini üç yeni hücumçu ilə gücləndirmək niyyətindədir. Bölgə təmsilçisi onlardan ikisi ilə razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, bolqar hücumçu Martin Petkovun Tovuza gələcəyi barədə öncə məlumat vermişdik. “Septemvri”dən azad agent kimi ayrılan 20 yaşlı oyunçu Sofiyanın “Levski” və “Slaviya” klublarında, həmçinin Ukrayna “Çernomorets”ində çıxış edib. Onunla iki illik anlaşma razılaşdırılıb və cinahda da oynamaq bacarığı olan hücumçu iyunun sonunda Azərbaycana gələcək.

Digər yeni futbolçu isə Nigeriyadandır. Ölkəsində “36 Lion”, Albaniyada “Skenderbeu” klublarında oynamış Oto Con Kosovoda “Trepça”, “Priştina” və “Dukagjini” klublarının şərəfini qoruyub. Hazırda azad agent olan 25 yaşlı hücumçu bu həftə ölkəmizə gələcək. Onunla da iki illik müqavilə bağlanacaq.

Bu hücumçuların gəlişi “Turan Tovuz”un son mövsümdə heyətində olan futbolçularla vidalaşacağı deməkdir. Natan Oduva Türkiyə BAL liqasına gedirsə, Runi Eva çoxsaylı təkliflərndən birini dəyərləndirmək niyyətindədir. Onlar Tovuz klubundan çox yüksək məbləğdə maaş istəyib və razılıq əldə olunmayıb. Evanın fikrini dəyişib qalmaq şansı var, qeyri-sabit Oduvanı məşqçilər heyəti də istəmir. Beladji Pusinin taleyi isə bəlli deyil.

Shares: