Tezliklə daha bir futbolçu “Zirə”dən ayrılacaq. Son mövsümdə heyətə düşə bilməyən Slavik Alxasov qəsəbə təmsilçisindən getmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, ötən yay “Sabah”dan azad agent kimi “Zirə”yə gələn cinah müdafiəçisi qərarını verib. O, yaxşı maaş aldığı “qartallar”da daha bir mövsüm keçirmək istəyir. 30 yaşlı oyunçunun müqaviləsinin bitməsinə hələ bir il qalıb. Lakin Slavikə lazım olmadığı çatdırılıb və anlaşmaya qarşılıqlı xitam verməyəcəyi halda əvəzedici komandaya göndəriləcəyi deyilib.

Vəziyyət belə olduqdan sonra Alxasov əsas heyətdə oynamaq istədiyindən, karyerasında 7-ci olacaq klubu seçib. O, Premyer Liqaya qayıdan “Araz-Naxçıvan”a keçmək üzrədir.

Xatırladaq ki, “Zirə” indiyədək 11 futbolçu ilə yollarını rəsmən ayırıb. Coşqun Diniyev, Mehdi Cənnətov, Hamidu Keyta, Mirsaib Abbasov, Mois Adileu, Loris Broqno, Cəlal Hüseynov, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donald Geryenin ardınca Slavikin də vidası rəsmiləşməlidir.

Shares: