“Mançester Yunayted” hücumçusu Markus Reşfordla müqaviləni uzatmaq üçün razılığa gəlib. İngiltərə millisnin üzvü anlaşmanın müddətini azı 2027-ci lin yayına kimi artıracaq.

Futbolinfo.az xəbər verir ki, yeni anlaşma Reşfordun qazancına da təsir edəcək. Hücumçu həftəyə 375 min funt sterlinq maaş alacaq. Bu ildə 19,5 milyon funt sterlinq deməkdir.

Markusun mançesterlilərlə müqaviləsi başa çatıb. Lakin onun azad agent olmaq imkanı yoxdur. Müqavilənin şərtlərinə görə, anlaşma bitərkən klub birtərəfli qaydada onu daha bir il uzatmaq imkanına malikdir. Bu səbəbdən oyunçunun transferində maraqlıolan PSJ Reşfordu düşərgəsinə cəlb edə bilmədi. Əvəzində mnkunianlar gələn mövsümün sonunda hücumçusunu itirməmək üçün onunla yeni müqavilə imzalayır.

Shares: