İstədiyi oyunçuları transfr etməkdə çətinlik çəkən “Arsenal”ın növbəti hədəfi bəlli olub. “Topçular” Jurrien Timberi heyətinə qatmağa çalışır.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu müdafiəçi üçün “Ayaks”a 30 milyon avro təklif edib. Amsterdamlıların daha böyük tələbi olduğundan istəyə mənfi cavab verilib. İndi londonlular yeni təklif hazırlayır. “Arsenal” iyun ayı bitməmiş məsələni yekunlaşdırmaq niyyətindədir.

“Ayaks” akademiyasında yerləşən Kurasao əsilli niderlandlının klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi var. “Bayern”in də müştəri düşdüyü 22 yaşlı oyunçu Amsterdamda qalmaq istəmədiyini klub rəhbərliyinə bildirib. İngilislər məhz buna görə futbolçunu transfer edə biləcəklərinə daha çox inanır.

Shares: