Felipe Santosun yeni klubu bəllidir. “Qəbələ”dən ayrılan braziliyalı karyerasını İsraildə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, Santos sosial şəbəkədəki paylaşımında ölkəmizlə vidalaşıb. Ardınca onun yeni klubunun adı bəlli olub. Məşhur “transfermarkt” saytı artıq onu Hayfa “Hapoel”inin futbolçusu kimi təqdim edir. “Qəbələ” ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyən 26 yaşlı cinah hücumçusu İsrail klubuna azad agent kimi yollanır.

2021/22 mövsümünü “Şamaxı”da keçirən, son çempionatda “Qəbələ”də oynayan Santosun “Hapoel” ilə neçə illik müqavilə bağladığı bilinmir.

412005ce f3a9 449b 8a5f 8fc7fd0386f7 - Futbolinfo.az
Shares: