MBA-da draft yaxınlaşdıqca həyəcan artmaqda davam edir. Media nümayəndələri draftda ən üst sıralarda seçiləcək basketbolçuları ciddi şəkildə təqib edirlər.

Dünən mətbuat nümayəndələrinin Nyu-York hava limanına toplaşmasının səbəbi məlum olub. Belə ki, Paris – Nyu-York reysi ilə ABŞ-yə Viktor Vembanyama gəlib. Forvard bu qədər marağın olacağına inanmadığını dilə gətirərək, hansı reyslə gələcəyini bildiklərinə görə mətbuat nümayəndələrinə təriflər yağdırıb.

Fransalı basketbolçu builki draftın əsas siması sayılır. Onun draftda bir nömrə ilə seçiləcəyi heç kimdə şübhə doğurmur.

Viktor son illərdə Avropa basketbolunda yetişən ən istedadlı atletlərdən sayılır. 19 yaşı olmasına baxmayaraq, onun boyu artıq 221 sm-dir. Belə ucaboy olmasına rəğmən, forvard orta və uzun məsafələrdən sabit atışlara da malikdir.

Qeyd edək ki, builki draftda ilk seçim hüququ “San-Antoni Spörs”ə məxsusdur.

Shares: