Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçiriləcək dünya çempionatının püşkatma mərasimində birinci səbətdə yer alacaq.
Futbolinfo.az Dünya Minifutbol Federasiyasının (WMF) rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutacaq tədbirdə son Avropa çempionu olan Elşad Quliyevin kollektivi ən güclülər sırasında qərarlaşacaq.
1-ci səbət: Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Çexiya, Braziliya, Macarıstan, Azərbaycan, Slovakiya;
2-ci səbət: Ukrayna, Serbiya, Qazaxıstan, Qvatemala, Bolqarıstan, ABŞ, Fransa, Tunis;
3-cü səbət: Qana, Liviya, İngiltərə, Misir, Monteneqro, Gürcüstan, İsrail, İspaniya;
4-cü səbət: Livan, İraq, Tailand, Yaponiya, Hindistan, Albaniya, İrlandiya, Portuqaliya;
Dünya çempionatının püşkü Bakı vaxtı ilə saat 18:00-da atılacaq. Mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.