Polşalı İqa Şvyontek hazırda çıxış edən tennisçilər arasında reytinqə ən çox başçılıq edən idmançı ünvanına sahib çıxıb. Onun liderlik etdiyi həftələrin sayı dünən 64-ə çatıb. Rumıniyalı Simona Halep də 64 həftə qadın tennisçilərin reytinqində 1-ci sırada olub. Xatırladaq ki, dopinq qaydalarını pozduğuna görə Simona cəzalıdır və hazırda çıxış etmir.
Onlardan sonra Viktoriya Azarenka yer alır. Belarus təmsilçisi 51 həftə reytinqə başçılıq edib.
Şvyontek liderlik həftələrinin sayını bir qədər də artıracaq. Ot örtüyündə elə də güclü olmasa da, ikinci yerdə qərarlaşan Arina Sobolenko ilə aralarında 900 xal fərq var. “Roland Garros” turnirində 3 dəfə çempion olan İqanın “Uimbldon”da ən yüksək göstəricisi 4-cü raund olub. Polyak tennisçi ötən il İngiltərədə bu mərhələyə qədər irəliləyib.