Milli Hokkey Liqasının rəsmi saytı 2023-cü ildə “Şöhrət zalı”na daxil edilə biləcək idmançıların adlarını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, siyahıda 25 nəfərin adı var. Namizədlər arasında karyerasını SSRİ vaxtında bitirən sovet hokkeyçiləri də yer alır. Laureatların seçilməsi ilə məşğul olacaq komissiya sabah toplaşacaq. Məhz onların təqdim etdikləri adlar “Şöhrət zalı”na daxil ediləcək.
Siyahıda yer alan hokkeyçilər bunlardır: Henrik Lundkvist, Boris Mixaylov, Aleksandr Maltsev, Aleksandr Mogilnıy, Teo Fleri, Kris Osqud, Kori Krouford, Castin Vilyams, Tom Barasso, Cenifer Botterril, Rod Brindamor, Karin Bay-Dits, Meqan Daqqan, Patrik Elias, Kertis Cozef, Sergey Qonçar, Reji Liç, Kerolayn Vellet, Devid Poyl, Ceremi Renik, Keyt Tkaçuk, Pyer Terjon, Mayk Vernon və Henrik Zetterberq.