“Neftçi”nin baş məşqçisi olacağı gözlənilən Sərgən Yalçın artıq Bakıya yola düşüb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, o, saat 13:15-də Azərbaycanda olacaq.

Sərgən ölkəmizə özəl təyyarə ilə yollanıb. Onun “Neftçi”nin bazasında gedəcəyi, klubun şəraiti ilə tanış olacağı gözlənilir.

Daha sonra Sərgən Yalçın SOCAR prezidenti Rövşən Nəcəflə görüşəcək. Türkyəli mütəxəssisin elə bu gün iki illik müqaviləyə imza atması mümkündür.

Shares: