Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Burhaniyə şəhərində təşkil olunan “Bioderma Beach Pro Tour” yarışında iştirak edəcəklər.

Futbolinfo.az xəbər verir ki, beynəlxalq turnir bu gün start götürəcək.

İyunun 22-dək davam edəcək yarışda Azərbaycanı Fidan Əhmədxanova – Larisa Smeltsova cütü təmsil edəcək.

Ümumilikdə 24 komandanın mübarizə aparacağı “Bioderma Beach Pro Tour”un qalibləri medal, kubok və pul mükafatı ilə yanaşı, reytinq xalları da qazanacaqlar.

Shares: