Laurentsiu Regekampfın “Neftçi”dəki durumu rumıniyalı baş məşqçinin keçmiş həyat yoldaşı Anamariya Prodanı da narahat edir.

Futbolinfo.az xəbər verir ki, futbol meneceri 48 yaşlı mütəxəssisin Azərbaycan klubundakı vəziyyəti barədə danışıb. O, keçmiş həyat yoldaşını müdafiə edib: “Regekampfın “Neftçi”dən qovulmasından xəbərim yoxdur. Bilirəm ki, onun klubla müqaviləsinin bitməsinə bir il qalıb. Rege gözəl məşqçidir. Son üç ildə başına gələnləri deyə biləcək vəziyyətdə deyiləm. Çünki çoxdandır yolumuz ayrıdır, artıq bir ailə deyilik. Məşqçi kimi Regekampfın seçimlərinə inanıram. “Neftçi”nin büdcəsinin nə qədər olduğunu, ora transferləri kimlərin etdiyini bilmirəm. Rege böyük məşqçidir, “Neftçi”də işlərinin niyə belə getdiyi mənə də maraqlı gəldi. O, çətin günlərdən keçir. Yəqin ki, şəxsi həyatı normala dönməyib”.

Qeyd edək ki, Regekampfın “Neftçi” ilə sözləşməsi gələn ilin yayına qədər olsa da, klub rəhbərliyi onu istefaya göndərməyə və bu posta türkiyəli Sərgən Yalçını təyin etməyə hazırlaşır. Laurentsiu özü isə danışmağ lazım bilmr. Məşqçi onunla danışmaq istəyən əməkdaşımızdan suallarını kluba yönəltməyi xahiş edib.

Shares: