“Səbail”də gözlənilən dəyişiklik reallaşıb. Bu gün baş tutan klubdaxili iclasda icraçı direktor Fərəc Əliyev vəzifəsindən kənarlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, ötən mövsümün uğursuz nəticələrini rəhbərlik ona bağışlamayıb. Tənqid, hətta ittiham olunan Fərəc bəy istefa ərizəsini tədqim edib.
“Səbail”in yeni icraçı drektoru tezliklə təyin olunacaq. Bir neçə namizəd var, amma klub rəhbərliyi hələ qərarını verməyib.
Klubun yeni mövsümlə bağlı planları da tam dəqiqləşməyib. Bütün məsələlər icraçı direktorun təyinatından sonra bəlli olacaq.