İngiltərənin “Çelsi” klubu 65 milyon avroya futbolçu transfer edib.
Futbolinfo.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Almaniyanın “Leypsiq” klubunun hücumçusu Kristofer Nkunku ilə münasibətlər rəsmiləşib.
26 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Fransa millisinin üzvü iyulun 1-dən etibarən londonluların oyunçusu sayılacaq.
Qeyd edək ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ildən bəri “Leypsiq”in formasını geyinirdi.