Viktor Osimhen “Napoli”də qala bilər. Yayda klubunu dəyişmək istəyən, əsasən də İngiltərədə oynamağı arzulayan hücumçu indi başqa fikirdədir.
Futbolinfo.az xəbər verir ki, bu barədə nepolluların prezidenti Aurelio De Laurentis danışıb: “Biz mövcud müqaviləni daha iki ilmüddətinə uzatmağa razılaşmışıq. Əgər vaz keçə bilməyəcəyimiz təklif olarsa, o zaman Osimheni satmaq haqda düşünəcəyik”.
Viktora “Mançester Yunayted”, “Bayern” və birsıra başa klublar müştəri düşüb. Amma “Napoli” onu 150 milyon avrodan ucuz satmaq niyyətində deyil. A Seriyasına 2020-ci ildə “Lill”dən gələn 24 yaşlı hücumçunun son İtaliya çempionu ilə hələ daha iki illik müqaviləsi var.