Basketbol üzrə Avroliqa turnirində daha bir türk klubu iştirak edə bilər. “Türk Telekom” komandası iştirakçı olmağa namizəddir. Bu barədə Avroliqanın yeni baş direktoru Paulyus Moteyunas məlumat verib.
Türkiyə komandası bu il Çempionlar Kubokunun finalına çıxmış və orada İspaniyanın “Qran Kanariya” klubuna məğlub olmuşdu. Lakin ispanlar Avroliqada iştirak etmək hüququndan imtina ediblər. Belə olan halda hüquq “Türk Telekom” komandasına keçib.
Moteyunasın sözlərinə görə, iyunun 29-da məsələ həll ediləcək. Həmin gün səhmdarlarla görüş baş tutmalıdır.