Azərbaycanın 8 atleti Polşada start götürən III Avropa Oyunlarında çıxış edib.

Futbolinfo.az xəbər verir ki, 3-ü Divizionda yer alan idmançılar ilk gündə millinin hesabına 70 xal qazandırıblar.

Ən yaxşı nəticəyə Anna Skidan imza atıb. O, çəkic atmada (71,69 m) 11 iştirakçı arasında birinci olub.

Aleksis Koppellonun çıxışını da uğurlu saymaq olar. 38 yaşlı atlet üç təkanla tullanmada (15,91 m) 14 idmançı arsında ən yaxşı ikinci göstərici ilə yadda qalıb.

Skidan və Kapellonun medal iddiaları davam edir.

Lamiyə Vəliyeva 400 m məsafəni 55,79 saniyəyə, Anna Yusupova isə 5000 m məsafəni 17:37.97 ilə qaçaraq, öz kateqoriyalarında finişə beşinci sırada çatıblar.

Cavid Məmmədov 400 m məsafəni 49,58 saniyəyə, İlahə Quliyeva isə 100 metr məsafəni 12,39 saniyəyə qət ediblər. Hər iki idmançı 10-cu yerlə kifayətlənib.

Aleksey Əliəkbərov 100 m məsafəni 11,23 saniyəyə qaçmağı bacarıb. O, 14 iştirakçı arasında yalnız iki rəqibini qabaqlayaraq, 12-ci olub.

Azərbaycan idmançılarından ən zəif nəticəni Elman Abışov göstərib. E.Abışov 800 m məsafəni 2:06,12 saniyəyə qət edib. O, 14 idmançının mübarizəsində sonuncu yeri tutub.

Qeyd edək ki, fərdi yarışlarda oyunların mükafatçıları 3 divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.

186d36b5 8d57 3aed 8bfe 744f46eb4c47 - Futbolinfo.az
Shares: