“Yuventus” Arkadiuş Miliki heyətdə saxlamağı bacardı. Turinlilər icarəyə götürdüyü forvardla daimi əsaslarla müqavilə bağlayacaq.

Futbolinfo.az xəbər verir ki, müqavilə ilə Marsel “Olimpik”inə məxsus olan Polşa millisinin üzvü birdəfəlik transfer ediləcək. “Yuventus” Milikə görə fransalılara 6 milyon avro ödəyəcək. Tərəflər bu keçidə razılaşıb və tezliklə rəsmi açıqlama veriləcək.

Xatırladaq ki, 29 yaşlı hücumçu 2016-cı ildə “Ayaks”dan gəldiyi “Napoli”də uğurlu 5 mövsüm keçidib. Daha sonra icarələrdə gün keçirən Milik heç bir yerdə uzun müddət qalmayıb. Neapol – Marsel – Turin yerdəyişmələrinin yekununda “Yuventus onunla üçillik müqavlə bağlamaq niyyətindədir.

Shares: