Daha bir ulduz futbolçunun Səudiyyə Ərəbistanında oynayacağı dəqiqləşdi. Kərim Benzemanın transferini ilə kifayətlənməyən “Əl İttihad” Fransa millisinin daha bir üzvünü rəsmən heyətinə qatdı.

Futbolinfo.az xəbər verir ki, “Çelsi” ilə bitmiş müqaviləsini yeniləməyən Nqolo Kantenin Asiya klubuna keçidi açıqlandı. 4 illik müqavilə bağlayan yarımmüdafiəçi mövsümə 25 milyon avro maaş alacaq.

Kantenin ardınca “Çelsi”nin daha bir futbolçusu Səudiyyə Ərəbistanına yollanmaq üzrədir. Kallum Hodson-Odoi bu ölkənin klublarından birindən ciddi təklif alıb. Bu həftə məsələyə aydınlıq gələcək.

Shares: