Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. Dünən ilk rəqiban tanıyan “Qarabağ” indi də Cəbəllütariq “Linkoln”un keçəcəyi təqdirdə kiminlə üz-üzə gələcəyi biləcək.
Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbirdə Çempionlar Yolunda 10 potensial, Liqa Yolunda isə iki cüt müəyyənləşəcək. Çempionlar Yolunda 5 komanda – “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqsa, I mərhələnin də 15 cütü püşkatmada iştirak edəcək.
Adıçəkilən 5 klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər. Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər 8 potensial rəqibi I təsnifat mərhələsinin cütləridir. Liqa Yolunda isə püşk zamanı “Genk” (Belçika) və “Dnepr-1” (Ukrayna) səpələnmiş, “Servett” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) səpələnməmiş səbətində olacaq.
Çempionlar Liqasında II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri 1-2 avqustda keçiriləcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) cütü, “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) cütü, “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) cütü, “Molde” (Norveç), “Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) cütü, “Farul” (Rumıniya) – “Şerif” (Moldova) cütü, “Partizani” (Albaniya) – BATE (Belarus) cütü.
Səpələnməmişlər: “Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan) cütü, “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) cütü, “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütü, HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) cütü, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü, “Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibinin cütü, “Haken” (İsveç) – TNS (Uels) cütü, “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütü, “Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) cütü, “Aris” (Kipr).
Liqa Yolu
Səpələnmişlər: “Genk” (Belçika), “Dnepr-1” (Ukrayna).
Səpələnməmişlər: “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan).
Bu gün həmçinin “Neftçi”, “Qəbələ” və “Sabah” komandalarının Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq. Püşk zamanı “Neftçi” səpənlənmişlər, “Sabah” və “Qəbələ” isə səpələnməmişlər sırasında yer alacaq.
II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.
Konfrans Liqası, II təsnifat mərhələsi
Səpələnmişlər: I təsnifat mərhələsindən gələcək 14 cütün qalibi, “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), ÇFR (Rumıniya), “Midtülland” (Danimarka), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqarden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), ÇSKA (Bolqarıstan), “Tvente” (Niderland), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Hibernian” (Şotlandiya), “Aris” (Saloniki, Yunanıstan), “Austriya” (Avstriya).
Səpələnməmişlər: I təsnifat mərhələsindən gələcək 17 cütün qalibi, “Petrokub” (Moldova), “Drita” (Kosovo), Voyvodina” (Serbiya), “Adana Demirspor” (Türkiyə), “Lütsern” (İsveçrə), “Vorskla” (Ukrayna), “Bohemians” (Çexiya), “Orxus” (Danimarka), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Levski” (Bolqarıstan), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “ÇSKA 1948” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo BelAZ” (Belarus).