Marsel “Olimpik”i yeni baş məşqçisni təqdim etməyə hazırlaşır. PSJ-dən ayrılacaq Kristof Qaltyenin də namizəd olduğu posta başqa bir mütəxəssis əyləşəcək.
Futbolinfo.az xəbər verir ki, Fransa klubu Marselinyo Qarsiya Torala tapşırılacaq. 57 yaşlı ispan mütəxəssislə danışıqlar uğurlu bitib və o, rəsmi imzanı atmaq üzrədir. O, 2025-ci ilin yayınadək “Olimpik”də söz sahibi olacaq.
İstefaya göndərilən İqor Tüdoru əvəzləyəcək təcrübəli mütəxəssisin son iş yeri 6 ay qərar tutduğu “Atletik” olub. Bilbaodan bir ildir ayrılan Marselinyo son mövsüm çalışmayıb. O, daha öncə “Sportinq” (Xixon), “Rekreativo”, “Rasinq”, “Saraqosa”, “Sevilya”, “Vilyarreal” və “Valensiya” kimi İspaniya klublarında iş başında olub. Məşqçi ilk dəfə ölkə xaricinə çıxır.