Futbol üzrə Azərbaycan milli komandası üz qızartmağa davam edir. 2024-cü ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin başa çatan 4 turundan sonra yığmamız yenə ən zəiflərin sırasındadır.

Futbolinfo.az xəbər verir ki, Canni de Byazinin yetirmələr keçirdiyi 3 oyundan sonra evdə Esoniyadan qopardığı bir xalla kifayətlənib ki, bu da ən zəif nəticələrdə biridir. Moldova Polşaya 0:2 hesabıyla uduzduğu matçı qələbəyə çevirdiyi, Qazaxıstan 9 xal topladığı halda bizimkilər hələ də azarkeşləri məyus edir.

Müqayisə üçün postsovet ölkələri təmsilçilərinin turnir cədvəlini hazırladıq. SSRİ-nin 15 respublikasın yer aldığı siyahıda da autsayderik. Halbuki ittifaq dağılandan sonra bu ölkələrlə eyni durumda və şəraitdə olmuşuq. Ötən 30 ildə Azərbaycan futbola yatırılan maliyyə baxımından ön sıralarda olsa da, nəticələr bunun tam əksidir.

Rusiyanın məlum səbəblərdən kənar qaldığını, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın Asiya çempionatda oynadığını nəzərə alsaq, yerdə qalan 10 ölkənin yer aldığı turnir cədvəli belə şəkillənir:

Qazaxıstan43018-49
Ermənistan32017-56
Ukrayna32014-46
Moldova41214-55
Gürcüstan31113-44
Belarus41034-103
Estoniya30122-61
Litva30121-51
Azərbaycan30122-101
Latviya30033-60

Bu utanc tablosunun müəllifləri AFFA-dır. İllərdir səriştəsiz fəaliyyəti ilə yadda qalan futbol qurumu ölkədə futbolu ən biabırçı həddə çatdırıb. Sələfləri kimi bəhanə axtarışında olan indiki baş məşqçi Canni de Byazinin bacarısızlığı, daim uğursuzluğa səbəb axtarması mənzərənin belə alınmasında birbaşa rol oynayıb.

Shares: