UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqiblərinin sayı azalıb.
Futbolinfo.az saytı xəbər verir ki, UEFA bu gün keçiriləcək püşkatma mərasimindən əvvəl komandaları qruplaşdırıb.
Hər bir klubumuzun mümkün rəqibi 5-ə enib.

“Sabah”ın potensial rəqibləri:
ÇFR (Rumıniya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Legiya” (Polşa)
“Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütü
“Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütü

“Neftçi”nin potensial rəqibləri:
“Voyvodina” (Serbiya)
“Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütü
“Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütü
“Debretsen” (Macarıstan)
ÇSKA1948 (Bolqarıstan)

“Qəbələ”nin potensial rəqibləri
“Fənərbağça” (Türkiyə)
PAOK (Yunanıstan)
“Omonoiya” (Kipr)
“Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütü
“Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütü

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Shares: