“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri konkretləşib.
Futbolinfo.az saytı xəbər verir ki, UEFA bugünkü püşkatmadan əvvəl hər bir komanalar 3 mümkün rəqib müəyyənləşdirib.
Ancaq Azərbaycan çempionu bunun üçün ilk növbədə Cəbəllütariq təmsilçisi “Linkoln”a qalib gəlməlidir.
“Qarabağ”ın II raunddakı mümkün rəqibləri I mərhələnin aşağıdakı cütlükləridir:
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)
“Rakuv” (Polşa) – “Flora” (Estoniya)
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya)
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 14:00-da atılacaq. Bu raundun ilk oyunları iyulun 25-26-da, cavab qarşılaşmaları isə avqustun 1-2-də keçiriləcək.