“Uimbldon” turnirinin təşkilatçıları sosial şəbəkələrdə builki yarışın rəsmi posterini paylaşıblar. Posterin ana mövzusu tennisdə nəsillərin dəyişməsidir. Şəkildə keçmişin ən güclü tennisçilri – Vilyams bacıları və “Böyük üçlük” – Federer, Nadal və Cokoviç təsvir edilib.

Maraqlıdır ki, posteri hazırlayanların fikrincə, gələcəkdə mübarizə Karlos Alkarasla Yannik Sinner arasında gedəcək. Məhz bu iki tennisçi ön planda təsvir edilib.

Poster azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə də Brianiya tennissevərləri Endi Marreyin şəkildə yer almamasından narazıdırlar.

Shares: