Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo növbəti dəfə dünya futbolunun tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı forvard yığmada 200 matç keçirən ilk oyunçu olub.
Təcrübəli hücumçu bunu səfərdə İslandiya ilə AÇ-2024-ün seçmə mərhələ görüşündə meydana çıxmaqla bacarıb. Ronaldo yığmada keçirdiyi oyunların sayına görə mütləq rekordçu olduğu üçün “Ginnesin Rekordlar Kitabı”na düşüb. Oyundan əvvəl ona bu rekordunu təsdiqləyən sertifikat təqdim edilib.
Ronaldo Portuqaliya millisində 2003-cü ildə debüt edib. Yığmanın heyətində 123 qol vuran futbolçu Avropa çempionatının qalibi (2016) və Millətlər Liqasının qalibi (2018/2019) olub.