Laurentsiu Regekampfın gedişi rəsmiləşir. “Neftçi” yaxın saatlarda rumın baş məşqçi ilə yolların ayrıldığını açıqlayacaq.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, artıq Regekampfa yolların ayrılacağı deyilib, müzakirə aparılıb. Rumın məşqçiyə müəyyən məbləğdə təzminat ödəniləcək və yola salınacaq. Onun bir illik müqaviləsi qalsa da, kluba qismən güzəşt edib.
Yeni baş məşqçi Sərgən Yalçınla bir çox məsələdə razılıq əldə olunsa da, bəzi detallar qalıb. Bu səbəbdən onun təyinatı bir neçə gün yubana bilər. Amma böyük ehtimalla türkiyəli mütəxəssis həftə bitməmiş komandanı ilk məşqə çıxaracaq.