Natan Oduva karyerasını Türkiyədə davam etdirəcək. İngiltərəli hücumçu aşağı liqada mübarizə aparan bir neçə klubla danışıqlar aparır.

Futbolinfo.az xəbər verir ki, ötən mövsümü “Turan Tovuz”da keçirən futbolçu qərblilərlə anlaşa bilməyib. Onun qeyri-sabit oyunu qarşılığında istədiyi yüksək maaşı ödəmək niyyətində olmayan “Turan Tovuz” Natana özünə klub tapmağı məsləhət bilib.

2022-ci ilin yanvarında ölkəmizə gələn, “Şamaxı”da qısa müddət oynadıqdan sonra Qərb klubuna keçən Nigeriya əsilli forvardı istəyənlər arasında ən real təklif “Tuzlaspor”dan gəlib. 27 yaşlı Natan yaxın günlərdə yekun qərarını verəcək.

Oduvanın gedişini, Runi Evanın qalmaqla bağlı yekun qərarını verməməsini nəzərə alan “Turan Tovuz” yeni hücumçular transfer edir. Onlardan biri olan Oto Con artıq ölkəmizə gəlib və tezliklə müqavilə bağlayacaq. Martin Petkov isə bu gün Bakıda olmalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp