Futbol üzrə UEFA Avropa Konfrans Liqasında 2023/24 və 2024/25 mövsümlərinin final oyunlarının keçiriləcəyi yerlər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu haqda UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

2024-cü ildə həlledici görüş Yunanıstanın paytaxtı Afinadakı “Aya Sofiya” stadionunda oynanılacaq.

2025-cü il finalı isə Polşanın Vroslava şəhərində, “Slask”ın ev oyunlarını keçirdiyi arenada olacaq.

2025-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalı Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. 19 yaşadək qızlar arasında Avropa çempionatına isə Polşa ev sahibliyi edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp