“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz avtomobil qəzasına düşüb.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə oyunçunu doğulduğu Rizəyə gedən zaman Giresun bölgəsinin Görele rayonunda baş verib.

Qəza zamanı toqquşan hər iki maşına ziyan dəyib. Yılmaz qəzada xəsarət almayıb. Digər sürücü isə yüngül zədələrə görə xəstəxanaya yerləşdirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp