“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Linkoln” İspaniya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Cəbəllüttariq çempionu Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb.

Oyun “Linfild”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Linkoln” bundan əvvəl yoxlama görüşündə İraq millisinə 1:2 hesabı ilə uduzub, İspaniyanın aşağı liqa klublarından “Almunesar Siti”yə 5:0 hesabı ilə qalib gəlmişdi.

Xatırladaq ki, “Qarabağ” “Linkoln”la ilk görüşünü iyulun 11-də səfərdə, cavab oyununu isə iyulun 19-da Bakıda keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp