“Tottenhem” heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisi “Lester”dən Ceyms Meddisonu heyətinə cəlb edib.

İngiltərə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. İngiltərə mətbuatı bu transfer üçün londonluların “Lester”ə 46,3 milyon avro ödədiyini yazıb.

26 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm “Lester”də 32 oyuna çıxıb, 10 qol vurub, 9 qol ötürməsi edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp