“Çelsi” daha bir futbolçusu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin seneqallı qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transfer olunub.

31 yaşlı qolkiper yeni klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.

Ərəblər bu transferə görə “Çelsi”yə 18,5 milyon avro ödəyiblər.

Mendi 2020-ci ildən “Çelsi”də oynayırdı. O, “zadəganlar”la UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp