“Liverpul” müdafiəçi Ris Uilyamsı “Aberdin”ə icarəyə göndərib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı oyunçu 2023/2024 mövsümünü icarə əsasında Şotlandiya təmsilçisində keçirəcək.

Uilyams “Liverpul”un yetirməsidir. O, əsas komandanın heyətində 19 oyuna çıxıb. Müdafiəçi 2022/23 mövsümündə icarə əsasında “Blekpul”da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp